XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 August 2020 - 20:43

Avropa Liqasının oyunu təxirə salındı –Səbəb

UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün keçirilməli olan “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) görüşü təxirə salınıb.

“Report” xəbər verir ki, buna qonaq komandanın daha 6 üzvünün koronavirusa yoluxması səbəb olub.

Daha əvvəl 5 futbolçuda virus aşkarlanıb və onlar İsrailə aparılmayıblar.

UEFA da artıq matçın təxirə salındığını təsdiqləyib. Görüşün yeni tarixi qarşıdakı günlərdə açıqlanacaq.