Vergilər Nazirliyi vergi borcunu ödəməyən şirkətlərin adını açıqlayib. Bu sırada “TRANSQEYT” MMC-nin adı da var.
“APA-Economics” xəbər verir ki, bu barədə məlumat Vergilər Nazirliyinin dərc etdiyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısında qeyd olunub.
Qeyd edək ki, bu şirkət nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmdova məxsusdur.
Məlumata əsasən, qanun pozuntusu Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən aşkarlanıb. Vergi ödəyicisi Bakı şəhəri Nərimanov rayonunda qeydiyyatdadır.
Vergi borcunun həcmi açıqlanmır. MMC-dən məsələyə münasibət bildirmək istəməyiblər.
Bu günlərdə Meydan TV-nin apardığı araşdırmada isə qeyd olunub ki, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Loğmanın oğlu Rövşən Məmmədov “TRANSQEYT” MMC-nin rəhbəridir. Biznes-məlumat kitabçalarında da şirkət rəhbəri kimi Rövşən Məmmədovun adı qeyd olunub.
Onun atası Loğman Məmmədov isə Nəqliyyat Nazirliyinin avtobazasının müdiridir.
Strateq.az