XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 10:03

Türkiyəyə səfər edən azərbaycanlıların sayı azalıb –Nazirlik

2020-ci ilin iyulunda Azərbaycandan Türkiyəyə 10 018 turist səfər edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 92,19 faiz azdır.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,07 faiz təşkil edib.

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 137 397 şəxs səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 71,37 faiz azdır.

2020-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı isə 2,53 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2020-ci ilin iyulunda Türkiyəyə 932 927 turist səfər edib ki, bu da ötən ilin iyulu ilə müqayisədə 85,9 faiz azdır.

2020-ci ilin yanvar-iyul aylarında 5 440 406 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77,97 faiz azdır. (Trend)