XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 10:34

Gürcüstanda koronavirus:yoluxanların sayı 1455 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 8 yoluxma halı qeydə alınıb.  

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1455 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5943 nəfər karantində saxlanılır, 252 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1196 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)