XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 11:36

Ermənistanda koronavirus:yoluxanların sayı 43 451-ə yüksəlib

Ermənistanda daha 181 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 451-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 869-a çatıb. İndiyədək 37 264 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 052 aktiv koronavirus xəstəsi var. (report)