XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2020 - 21:12

Ümumdünya Şahmat Olimpiadası:Ermənistana texniki məğlubiyyət verildi

Ümumdünya Şahmat Olimpiadasının “Top-divizion”unda 1/4 final mərhələsinin Hindistan – Ermənistan görüşü başa çatıb.

Rəqibinə 3,5:2,5 hesabı ilə qalib gələn asiyalılar yarımfinala vəsiqə qazanıblar.

Sözügedən qarşılaşmanın gedişində kuryoz hadisə baş verib. Erməni şahmatçılardan Ayk Martirosyanın interneti kəsildiyindən reqlamentə əsasən, o, məğlub hesab olunub. Buna etiraz edən komanda yarışdan çıxıb. Nəticədə Ermənistana 0:6 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Polşaya qalib gəlsə, yarımfinalda məhz Hindistanla qarşılaşacaq. (report)