XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

29 Avqust 2020 - 12:05

Hikmət Hacıyev:"Atamı sonuncu dəfə mart ayında görmüşəm"

“Vəziyyətlə əlaqədar atamı sonuncu dəfə mart ayının sonunda görmüşəm. Təəssüflər olsun ki, indiki şəraitdə rayonlara gediş-gəlişin açılması mümkün deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Ümid edək ki, növbəti brifinqlərdə bu barədə şad xəbər verə biləcəyik”, – deyə H. Hacıyev qeyd edib.