XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2020 - 13:12

Müxtəlif ölkələrlə aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır- Açıqlama

Almaniyanın “Lufthansa” aviaşirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət olunub.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu şirkətlə danışıqlar davam etdirilir: “Digər aviaşirkətlərdən də ölkəmizə müraciətlər daxil olur. Müxtəlif ölkələrlə reyslərin bərpası barədə danışıqlar davam edir”.