XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2020 - 14:36

Azərbaycanda I kurs tələbələrinin dərsləri oktyabrın 1-də başlayacaq

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində dərslərin əyani açılma tarixi müəyyən olunub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərarında bildirib.

Qeyd edilib ki, I kurs tələbələri üçün oktyabrın 1-dən dərslər başlayacaq.

II və yuxarı kurs tələbələri üçün siyahısı Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə dərslər oktyabrın 15-dən başlayacaq.