XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2020 - 10:36

Sumqayıtda avtomobil yol kənarına aşıb:xəsarət alan var - FOTO

Sumqayıtda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Koroğlu prospektində baş verib. Belə ki, hərəkətdə olan “Volksvagen Passat” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb.

Hadisə nəticəsində sürücü 1963-cü il təvəllüdlü Mirzəyev Gülbala Balaş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və o xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA