XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2020 - 14:46

Beyləqanda 12 nəfər saxlanılıb –"Aşura" mərasiminə görə

Beyləqan rayonunda bir qrup şəxs xüsusui karantin rejimini pozublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Strateq.az-a  verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Beyləqan şəhəri ərazisində yerləşən H.Abdullyevə məxsus evdə bir qrup şəxsin toplaşaraq “Aşura” mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və ev yiyəsi ilə birlikdə orada olan 12 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.