XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2020 - 00:05

Zaqatalada iki avtomobil toqquşub:xəsarət alanlar var - FOTO

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Hadisə avqustun 30-da axşam saat 21:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “VAZ 21099” markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər rayon sakini – 1952-ci il təvəllüdlü Şamsu Məhəmməd qızı Orucova və 1992-ci il təvəllüdlü Emil Nadir oğlu Hacıəhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Ş.Orucovanın müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. E.Hacıəhmədovun xəsarəti yüngül olduğundan lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır. /APA