XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Avqust 2020 - 10:23

Gürcüstanda koronavirus: yoluxanların sayı 1487 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 18 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1487 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5524 nəfər karantində saxlanılır, 221 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1240 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)