XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 17:36

“8-ci kilometr bazarı” mart ayından fəaliyyət göstərmir –Nazirlik

“8-ci kilometr bazarı” mart ayından etibarən fəaliyyət göstərmir.

Bunu bazarın fəaliyyətini dayandırması ilə bağlı xəbərlərə aydınlıq gətirərkən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.

Rəsmi məlumatda qeyd edilib ki, mart ayından karantin tətbiq edilməyə başlayandan etibarən iri ticarət mərkəzləri fəaliyyətini dayandırıb:

“Pandemiya səbəbindən elan edilən sərt karantin rejimi çərçivəsində iri ticarət mərkəzləri, o cümlədən də “8-ci kilometr bazarı”nın fəaliyyəti dayandırılıb”.

Qeyd edək ki, söhbət bazarın pal-paltar satılan hissəsindən gedir.