XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2020 - 19:35

Britaniya Səfirliyi London taksilərindən istifadə edəcək –FOTO

Bu gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər vəkili Filip Barkley və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev arasında yeni London taksilərinin istifadəsi üçün tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə məlumatı Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi yayıb.

F. Barkley imzalanma mərasimində bildirilib ki, Britaniyanın Azərbaycandakı Səfirliyində mümkün qədər ətraf mühitə ziyan vurmamağa çalışırıq: “Hamımız karbon və digər çirkləndirici qazların tullantılarını azaltmalıyıq. Benzin mühərriklərindən çıxan karbon emissiyaları qlobal istiləşməyə səbəb olur ki, bu da dünyamızı daha da istiləndirəcək və quraqlıqla nəticələndirəcək və həyat tərzimizə təhdiddir. Bakıda elektrik enerjisi ilə çalışan yeni taksilər Azərbaycanın ətraf mühitini qoruyur. İndi görüşlərə gedərkən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə edəcəyimizə məmnunam”.

Xatırladaq ki, Nəqliyyat, “Bakı Taksi Xidməti” MMC Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən 100 ədəd “TX”, 0 emissiyalı elektrik taksisi alıb. Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. “Bakı Taksi Xidməti”nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından otellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.