“Virtual məktəb” platforması üzərindən təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti başa çatıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, dərnəklər şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
Cari ilin iyul ayının əvvəllərindən başlayan və iki ay müddətinə 6 fərqli istiqamət – “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” üzrə davam edən dərnəklərdə 20 mindən çox məktəbli iştirak edib.
Bundan əlavə, dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün məşğələlərin videoyazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilərək onları təkrar izləmək imkanı yaradılıb.