"]
Bütün Rusiyanın Patriarxı Kiril insan haqları uğrunda mübarizəni “insana ibadətlə bağlı qlobal bidət” adlandırıb.
O, bütün planet boyu indiyədək görünməmiş bir sürətlə Allahı cəmiyyət həyatından qovub çıxarmağın vüsət aldığını bəyan edib.
“Bu gün biz yeni bütpərəstlik olan insana ibadətin şahidi oluruq. Bu ibadət Allahı insan həyatından çıxarmağa xidmət edir. Heç vaxt bu miqyasda belə şey olmayıb. Müasir dövrün bu bidəti qiyaməti yaradan hadisələrlə nəticələnə bilər. Kilsə özünün bütün gücünü, sözünü və fkirini istiqamətləndirməlidir” ,-deyə patriarx Hz.Məsih Kilsəsində ibadət zamanı deyib.
Kiril xatırladıb ki, yeni dövrdə həqiqətin üniversal kriteriyası insan və onun hüquqları olub və bununla da “Allahın insan həyatından qovulması prosesi başlanıb”. Bu hərəkat əvvəlcə Qərbi Avropanı, Amerikanı sonra isə Rusiyanı əhatə edib.
“Bu gün daha yeni qüvvə ilə planet miqyasında “Allahsız həyat” ideyası inkişaf etdirilir. Biz görürürk ki, bir sıra inkişaf etmiş ölkələrdə necə böyük səylə insanın istənilən hüquqa sahib olması barədə qanunlar təsdiq olunur. Bu qanunlar isə Allah sözü, müqəddəslik və Allah anlayışı ilə tam ziddiyyət təşkil edir”.