Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon Qırlı kənd ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.
Ağstafa rayon Qırlı kəndində minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlar: Qazax rayon sakinləri, 21 yaşlı Aysel Kərimova və 27 yaşlı Nürəddin Nağızadə.
Xəsarət alan şəxslər Ağstafa Mərkəzi rayon Xəstəxanasına aparılıblar.
Fakta bağlı araşdırmalara başlanılıb. (report)