XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 10:05

Gürcüstanda koronavirus:   daha 23 yoluxma faktı qeydə alınıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 23 yoluxma halı qeydə alınıb.  

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1510 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 5828 nəfər karantində saxlanılır, 232 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1243 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir/APA.