XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 10:27

BMT Baş Assambleyasının prezidenti:"Azərbaycana minnətdarıq”

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizə sahəsində BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkür edib.

Ticani Məhəmməd-Bande deyib ki, pandemiya ilə əlaqədar Baş Assambleyada xüsusi bir iclasın keçirilməsi təklifi bu təhlükəyə qarşı beynəlxalq səylərin səfərbər edilməsi üçün möhkəm əsasdır: “Qoşulmama Hərəkatının sədri olaraq bu vacib xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycana minnətdarıq”. 

BMT Baş Assambleyasının rəhbəri qeyd edib ki, xüsusi sessiya dünya liderlərinin pandemiyaya qarşı nəticələrə əsaslanan cavab tədbirlərində daha çox iştirakını təmin edəcək: “Bu, Baş Assambleyanın koronavirus infeksiyasının yayılmasına və insanların həyatına təsirinə cavab vermək üçün qlobal bir platforma rolunu daha da gücləndirəcək”. 

APA