XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 September 2020 - 12:29

BMT Azərbaycana dərman göndərib –FOTO

Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsinə dəstək məqsədi ilə həyata keçirilən layihə çərçivəsində Səhiyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramı Azərbaycanda vərəmin müalicəsi üçün dərmanların satınalınması işini davam etdirir.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, bu dəfəki çatdırılmada BMTİP-nin beynəlxalq təchizat zənciri vasitəsilə ölkəyə 2 395 qutu dərman preparatı gətirilib.

Bu günə qədər layihə ölkədə 7 300-ə yaxın vərəm xəstəliyi olan şəxslərin müalicəsi üçün dərmanların satınalınmasına dəstək olub.