XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2020 - 21:09

Təhsil Nazirliyi:"Şikayət edən 96 müəllimdən 42 nəfəri uğur qazanıb"

Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.

Təhsil Nazirliyindən verilən məlumata görə, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb.

Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar/Report.