Kiyev polisi hökumət binalarının olduğu kvartalda, o cümlədən Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxsi yaxalayıb.
Bu barədə Kiyev polisinin mətbuat xidməti bildirib.
“Paytaxtın hökumət kvartalında asayiş keşikçiləri üzərində qumbara olan kişini saxladı”, – xəbərdə deyilir.
Qeyd edilir ki, yaxalanma Bank küçəsində olub. Bu küçədə dövlət başçısının ofisi yerləşir/Report.