XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2020 - 10:12

Gürcüstanda koronavirus:yoluxanların sayı 1 548 nəfərə çatıb

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 38 yoluxma halı qeydə alınıb. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 548 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6 059 nəfər karantində saxlanılır, 239 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1 270 nəfərin sağaldığı, 19 nəfərin isə vəfat etdiyi bildirilir. (apa)