XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 13:05

Məktəbəhazırlıq qruplarında uşaqların sayının 30-dan artıq olmasına yol verilmir –Təhsil Nazirliyi

Növbəti tədris ili üzrə təsdiq olunan plan məktəbəhazırlıq qrupları ilə bağlıdır, bu planın ümumtəhsil məktəblərinə aidiyyəti yoxdur.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarında uşaqların sayının 30-dan artıq olmasına yol verilmir.

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 uşaq müəyyənləşdirilib:
Bu qruplarda məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır:

“Məktəbəhazırlıq qrupları həftədə 4 gün keçirilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:
– I yarımil: 1 oktyabr-26 yanvar;
– II yarımil: 1 fevral-31 may.
Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar);
– 5 gün əlavə tətil (1-5 may)”.