XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 September 2020 - 14:09

Oqtay Gülalıyevdən xəbər var –"Çəkisi artır, duyğuları, reaksiyaları dəqiqləşir..."

Ötən ilin noyabr ayında Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam edir.

Bunu azadliq.org-a O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun bildirdiyinə görə, həyat yoldaşının çəkisində artım var, duyğuları, reaksiyaları dəqiqləşir: “Amma şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir. Oqtayı müalicə edən həkimlər də bu halın nə zaman baş verəcəyini deyə bilmirlər. Amma biz Türkiyəyə gələndə Azərbaycanda hakimlər onun, ümumiyyətlə, yaşama şansını 20 faiz dəyərləndirmişdilər. Amma şükürlər Oqtay hələ yaşayır, səhhətində irəliləyişlər var, nəfəs alması daha da rahatlaşıb. Türkiyədə əməliyyatları uğurlu keçib. Əməliyyatdan sonra hər hansı fəsad olmayıb”.

O.Gülalıyevin Türkiyədə sonuncu əməliyyatı bu il iyulun sonlarında gerçəkləşib. O, daha əvvəl iki dəfə Türkiyədə və bir dəfə Azərbaycanda əməliyyat olunub.