XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2020 - 13:58

Tofiq Yaqublu aclığa başladı –Məhkəmə hökm oxumağı təxirə saldı

Bu gün Nizami Rayon Məhkəməsində Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunması gözlənilsə də, məhkəmə prosesi baş tutmayıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat verib. Proses sabah saat 11:00-a təyin olub. Hakim Nəriman Mehdiyevin T.Yaqubluya hökm oxuyacağı gözlənilir. N. Həzi atasının məhkəmədə bu gündən aclıq elan etdiyini bəyan etdiyini də deyib.

Xatırladaq ki, Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 1-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib. (AzPolitika.info)