“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Məlumata görə, AzTV-nin operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçən zaman avtomobil vurub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb/Report.