İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin koronavirus testi müsbət nəticə verib.
Bu barədə onun şəxsi həkimi Alberto Dzanqrillo bildirib.
Mütəxəssisin sözlərinə görə, Berluskoni xəstəliyini simptomsuz keçirir, amma siyasətçi özü ev təcridi şəraitindədir.
Həmçinin qeyd edilir ki, “İrəli, İtaliya” Partiyasının lideri Sardiyinadan qayıtdıqdan sonra test verib/Report.