Əfqanıstanın Azərbaycandakı yeni səfirinin kimliyi bəlli olub.
Əfqanıstan Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik missiyanın yeni rəhbəri Amanulla Ceyhun olacaq.
Qeyd edək ki, o, buna qədər Əfqanıstan XİN-də departamentlərindən birinin rəhbəri vəzifəsində çalışıb.
Əlavə edək ki, 2018-ci ildən etibarən Əfqanıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə səfir Xayrullah Spelenay rəhbərlik edirdi.