XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 12:16

“DSMF Biləsuvar rayon filialının müdirinin saxlanılması barədə məlumat əsassızdır” –ƏƏSMN

“Son günlər mətbuatda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə yayılan məlumat əsassızdır, həqiqəti əks etdirmir”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qeyd edilib ki, sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov Xidmət tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir bir məsələ ilə bağlı şahid qismində qısa müddət üçün dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir: “Ona görə də bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur”.