XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 12:58

Özəl icra məmurları ilə bağlı layihə razılaşma mərhələsindədir –Ədliyyə Nazirliyi

“Dövlət başçısının ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında fərmanında özəl icra məmurları ilə bağlı məsələ geniş əks olunub. Bir çox ölkələrə səfərlər olub, qanunvericilik öyrənilib. Nazirin müvafiq göstərişinə əsasən, İşçi Qrupu yaradılıb, artıq bununla bağlı layihələr hazırdır və razılaşma mərhələsindədir”. 

Bunu Məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib. Onun sözlərinə görə, müəyyən səlahiyyətlər özəl və dövlət icra məmurları arasında bölünəcək: “Azərbaycanda bu məsələ vətəndaşın seçiminə veriləcək. Burada indiyə qədər olmayan maraqlı məsələlər də mövcuddur. Özəl icra məmurları ilə bağlı şikayətlərə baxan İltizam Komissiyası olacaq. Həmçinin özəl icra məmurları ilə bağlı tələblər müəyyən olunacaq. İndiyədək icra məmurları xidməti dövlət qulluqçuları olduqları üçün əmək münasibətləri də əmək qanunvericiliyi ilə tənzimlənib. Özəl icra məmurlarının fəaliyyəti sahibkarlıq fəaliyyəti olmasa da, xüsusi fəaliyyət növüdür və onlar göstərdikləri xidmətə görə qonorar alacaqlar. Kifayət qədər sadə qanun layihəsi hazırlanıb”.