XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 14:39

Bakıda qaldırıcı kran yaşayış binasının üstünə aşıb –VİDEO

Bakıda qaldırıcı kran aşıb.

Hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib.

Yeni binanın tikintisində istifadə olunan kranın bir hissəsi yaşayış binasının üstünə, digər hissəsi isə yaxınlıqda park edilmiş maşınların üstünə aşıb.

Nəticədə yaşayış binasına və 6-7 maşına ziyan dəyib.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunublar.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, hadisə bir az əvvəl Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib: “Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələrini xahiş edirik”.