XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2020 - 19:25

Qiymətli mineralların hasilatı üzrə qanuni tələblərə əməl edilməsində çoxsaylı problemlər var –Agentlik

“Tikinti və qiymətli mineralların hasilatı üzrə qanuni tələblərə əməl edilməsi ilə bağlı çoxsaylı problemlər var”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov bildirib.

Onun sözlərinə görə, müvafiq monitorinqlər nəticəsində bu faktlar üzə çıxır və qarşısı alınır: “Bu məsələ ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tədbirlərlə yanaşı, bizim bir çox müasir yanaşmalarımız olacaq. Bu da tənzimlənməni daha effektiv edəcək. Burada həmçinin qanunvericilikdə dəyişikliklər də öz əksini tapacaq”. (apa)