XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2020 - 09:25

Türkiyə ordusu İraqda əməliyyat keçirib:320 terrorçunu zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında keçirdiyi “Pençe” əməliyyatı çərçivəsində PKK-nın yüzlərlə terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, iyunun 16-da Xaftain ərazisində başlayan “Pençe-Kaplan” əməliyyatı plana uyğun olaraq davam edir. Türkiyənin təhlükəsizlik qüvvələri terrorçulara havadan və qurudan ağır zərbələr endirir.

Ərazidəki 269 sığınacaqdan və 53 mağaradan xeyli sayda silah-sursat götürülüb.

Əməliyyat çərçivəsində ümumilikdə 320 terrorçu zərərsizləşdirilib. /Report.az