XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 September 2020 - 14:35

İranda koronavirus:yoluxan daha 139 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan daha 139 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bununla da İranda bu virusa yoluxma nəticəsində ölənlərin sayı 22 293 nəfərə yüksəlib.

İranda ötən sutkada 1992 nəfər koronavirusa yoluxub və ölkədə bu virusa yoluxanların sayı 386 658 nəfərə yüksəlib. Koronavirusa yoluxanlardan 3 722 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək  333900  nəfər koronavirusdan sağalıb. /APA