XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2020 - 21:04

Ağstafada 7 top mərmisi aşkarlanıb –FOTO

Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnə Qışlaq kəndi ərazisində 7 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif çaplı top mərmiləri aşkar olunub. Aşkar olunmuş mərmilərdən 6 ədədinin üzərində partladıcı başlığı olmadığına görə, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 1 ədəd top mərmisinin partladıcı başlığı üzərində olduğuna görə daşınması mümkün olmayıb və növbəti iş günü yerində zərərsizləşdirilməsi məqsədəuyğun hesab edilib.

Top mərmilərinin ətrafında 400 kv.m əraziyə yerüstü, 45 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. /APA