XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 11:34

AZAL Türkiyəyə gedənlərə xəbərdarlıq edib

Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin  (AZAL) sərnişinlərə müraciətində bildirilir.

“AZAL-ın xüsusi reysləri ilə Türkiyənin İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik”, – deyə qurum bəyan edib.