XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 03:57

28 mayda əfv gözlənilir

 Hüquq müdafiəçisi 28 mayda əfv olacağına ümidlidir

Mirvari Qəhrəmanlı: “Tofiq bəyin azadlığa çıxma ehtimalı yüksəkdir”

28 Maya – Respublika gününə bir həftə qaldı. Bütün bayramlarda olduğu kimi, bu bayramda da əfv ümidləri var. 28 mayda bir çox siyasi məhbusun azadlığa buraxılacağı barədə xəbərlər yayılmaqdadır. Məhbusların azadlığa buraxılması istiqamətində kifayət qədər ciddi işlər görən İnsan Haqları üzrə Birgə İşçi Qrupu artıq əfv siyahısını aidiyyəti orqanlara təqdim edib. 15 nəfərlik siyahıda əsasən, barələrində məhkəmə qərarı olan siyasi məhbusların adı yer alır.
Qurumun üzvü Mirvari Qəhrəmanlı Respublika günündə əfv olacağına ümidlidir: “Bu ərəfədə QHT rəhbərləri bir dəfə yığışıb. Orada müzakirələr aparmışıq. Mətbuatda bu barədə xəbər getmişdi. Prezidentə Tofiq Yaqublu ilə bağlı müraciət etdik.
Mehriban xanıma da müraciət etmişik. Siyahı verərək, xahiş etmişik ki, bu şəxslərin azadlığa çıxmasında bizə kömək etsin. Düşünürəm ki, 28 mayda əfv olacaq. ümidliyəm ki, çox məhbus azad olunacaq. Onsuz da 100 nəfərə qədər insanı əfvə salacaqlar. çox istərdim ki, onların içərisində siyasi məhbuslar daha çox olsun. Tofiq Yaqublunu evində görmək istəyirəm. Həmkarlarımı azadlıqda görmək üçün çox darıxıram. Hamımız çox əzab çəkirik. Yəqin ki, gələn həftə əfv olacaq”.
Hüquq müdafiəçisi Tofiq Yaqublunun azadlığa buraxılma ehtimalının yüksək olduğunu söylədi: “Tofiq bəyin azad olunacağına çox inanırıq. çünki siyasi partiyalar, deputatlar müraciət etdilər. Biz ayrı ərizə yazdıq. Digər məhbuslara nisbətən Tofiq bəyin azadlığa çıxma ehtimalı yüksəkdir”.
Mirvari Qəhrəmanlı təqdim etdikləri əfv siyahısından da söz açdı: “Novella xanım 15 nəfərlik siyahı deyir. Nəzərə almaq lazımdır ki, noyabrdan bura İşçi Qrupunun üç toplantısı olub və çoxlu məhbusun məsələsi müzakirə olunub. Biz hər bir müzakirə olunan məhbus üçün təqdimat yazmışıq. Həmkarlarımız, xəstə olanlar, barələrində Avropa Məhkəməsinin qərarı olan şəxslər barədə çoxlu xahişlərimiz olub. Hesab edirəm ki, bu adamların çoxunun əfvə düşmə ehtimalı çoxdur. çünki qarşıdan Avropa Oyunları gəlir. Respublika günü Azərbaycan üçün böyük önəm kəsb edir. Heç birimiz istəmirik ki, beynəlxalq təşkilatların siyahısında ölkəmizin adı bu qədər hallansın. Hansı beynəlxalq tədbir olursa, orada Azərbaycanın adı çəkilir. Əfv olarsa, çoxlu insan azadlığa çıxarsa, düşünürəm ki, ölkəmizin imici üçün böyük önəm kəsb edəcək”.