Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq.
Strateq.az xəbər verir ki komandamız Nikosiyada Kipr millisi ilə üz-üzə gələcək.
C Liqasının 1-ci qrupunda yer alan hər iki yığma turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya 0:2, Azərbaycan isə Lüksemburqa 1:2 hesabı ilə uduzub.
Lüksemburqla matçda qırmızı vərəqə alan Mahir Emreli bu oyunu buraxacaq, Kiprdə isə Nikolas İoannu şəxsi istəyi ilə heyətdən çıxarılıb.
Oyun saat 22.45-də başlayacaq.