XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2020 - 10:41

Gürcüstanda koronavirus:daha 45 nəfər yoluxan var

Gürcüstanda son sutkada daha 45 nəfərin koronavirusla bağlı testinin nəticəsi pozitiv çıxıb, 6 pasiyent sağalaraq evə buraxılıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Saölamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 1 729-a çatıb. Sağalanların sayı 1 321 nəfər, vəfat edənlərin sayı isə 19 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantin zonalarında 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır. 363 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Qeyd edək ki, ötən gün qonşu ölkədə koronvirusa sutkalıq yoluxma göstəricisi 34 olub/Report.