XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2020 - 12:57

“Virtual məktəb”də qeydiyyat müvəqqəti dayandırılır –Səbəb

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır. Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.