XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2015 - 04:56

Bakı-Yalama istiqamətində hərəkət edən qatarda yanğın: 3 vaqon təxliyə olunub

qatar.jpg

Bakı-Yalama istiqamətində hərəkət edən qatarda yanğın hadisəsi meydana gəlib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan dəmir yolunun Xızı rayonundan keçən hissəsində Keşlədən Yalama istiqamətində hərəkətdə olan sərnişin qatarında yanğın baş verib. Bu barədə faktı Xızı rayonu İcra hakimiyyəti başçısının müavini Arzu Əzizov da təsdiqləyib.
O, bildirib ki, yanğın dəmiryolunun Sitalçay və Yaşma qəsəbələri ərazisində meydana gəlib. üç vaqonda yanğın baş verib və bütün sərnişinlər vaqondan dərhal təxliyyə edilib, daha sonra yanğının qarşısı alınıb.
Bundan başqa, icra haakimiyyəti rəsmisi həmçinin, artıq qatarda hərəkətin bərpa olunduğunu da sözlərinə əlavə edib.