2019-cu il respublikanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 1935 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.
Qeyd edilib ki, onlar respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir. Yüksək nəticə göstərənlər I qrupda 554, II qrupda 404, III qrupda 605, IV qrupda 378 nəfərdir.