XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2020 - 11:33

Sulutəpə dairəsində yeni yol qovşağı inşa edilir- AAYDA

Paytaxtın şimal qapısı istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) APA-ya verilən xəbərə görə, aparılan işlərin davamı olaraq hazırda Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaqla vətəndaşlarımızın rahat hərəkətinin təmin olunması üçün yol qovşağının inşasına başlanılıb.

Qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.