XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 12:21

AZAL oktyabrın 1-dək digər marşrutlar üzrə aviareysləri bərpa etməyəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən oktyabr ayının 1-dək əvvəllər mövcud olan aviareyslər üzrə uçuşların bərpası nəzərdə tutulmayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, hazırda xüsusi karantin rejiminin 30 sentyabr tarixinədək uzadılması səbəbindən AZAL yalnız İstanbul, London və Berlin istiqamətində xüsusi reyslər həyata keçirməyə davam edir.

Qeyd edək ki, cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetirilir.