XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2020 - 12:32

Bakı, Sumqayıt və Abşeronda məktəbəqədər təhsil oktyabrın 1-dən başlayacaq

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında dəyişiklik edib. 

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində təhsil oktyabrın 1-dən başlayacaq.

Qərara əlavə olunan yeni bəndə əsasən, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris sentyabrın 15-dən başlayacaq.

Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.