XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 05:13

Yerevan və Minskdən Putunə böyük dəstək

Sherq_terfdashliqi_2.jpg

Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belorusiya, Moldova) dünən start götürən Riqa sammitində Belarusiya və Ermənistan “Krımın ilhaqı” sözünə görə yekun bəyannaməni rədd ediblər.

Bu barədə məlmat yayan Röyter agnetliyi bildirib ki, ilk olaraq bəyanamədə “Rusiyanın Krımı ilhaq etməsi” cümləsinin işlənilməsi nəzərdə tutulsa da, Yerevan və Minsk təmsilçiləri qəti etiraz ediblər. Bu etirazın nəticəsi olaraq Riqada Avropa İttifaqı üzvlərinin mövqeyini əks etdirən ayrıca bəyanatın qəbulu gözlənilir. Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələr üçün isə korrektə olunmuş bəyannamə hazırlanacaq.

Hər iki bəyyannamənin ilkin varinatı bu gün müzakirə olunacaq.

Xatırladaq ki, Rusiya 16 mart 2014-cü keçirilən referendum nəticəsində ildə Krım və Sevastopolun Rusiyanın tərkibinə daxil olduqlarını iddia edir.

Starteq.az