XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 September 2020 - 19:11

UEFA Türkiyə klubunun cəzasını ləğv edib

Türkiyə klubu “Ankaragücü”nün transfer qadağası ləğv olunub.

Bunu paytaxt təmsilçisinin prezidenti Fatih Mərt açıqlayıb.

O bildirib ki, transfer qadağasına səbəb olan futbolçuların borcları ödənilib. Bu da UEFA-nın cəzanı ləğv etməsinə şərait yaradıb.

“Transfer həyata keçirmək üçün artıq heç bir problemimiz yoxdur. Anlaşdığımız oyunçuları qeydiyyatdan keçirmək üçün müraciət ünvanlamağa başlamışıq”, – deyə Fatih Mərt bildirib.

Qeyd edək ki, “Ankaragücü” Super Liqanın 1-ci turunda sentyabrın 13-də “Ərzurumspor”u qəbul edəcək/APA.