XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 10:14

Gürcüstanda koronavirus:daha 87 nəfər yoluxub

Gürcüstanda son sutkada koronavirusa 87 yeni yoluxma faktı təsdiqlənib, 20 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 917-yə, sağalanların sayı isə 1 354-ə çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 518-dir.

Hazırda Gürcüstan üzrə 5 882 nəfər karantində, 390 nəfər isə tibbi nəzarətdə saxlanılır. (report)